Ətli, limonlu peşenye
Ətli, limonlu peşenye
Desertlər

Baxış sayı: 5

Ətli, limonlu peşenye

Tərkibi:

120 q kərə yağı 

1 ədəd yumurta 

1.5 ç.q. şəkər kirşanı  

1 limonun rəndələnmiş qabığı

1 ç.q qabartma tozu 

1 çimdik duz 

2 stəkandan bir barmaq aşağı un 

3 budaq reyhan 

Hazırlanması:

Otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozuyla birlikdə mikserlə çırpın. Üzərinə yumurta sarısı və limon qabıqlarını əlavə edib 1 dəqiqə də çırpın. Un, duz və qabartma tozu da əlavə edib yumşaq bir xəmir yoğurun. Xəmirin üzərini örtüb 20 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmirdən qoz böyüklüyündə tikələr qoparıb əlinizlə yuvarlayıb yastılaşdırın. Orta hissəsini barmağınızla çuxurlaşdırın. Xəmirləri yağlı kağız sərilmiş siniyə düzüb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Alt hissəsi qızarıb üstü ağ qalmalıdır. Peçenyelər soyuduqda barmağınızla açdığınız çuxura limonlu kremi tökün. Nuş olsun!