İlk öncə qırmızı bibərləri soba sinisinə qoyub sobada közləyin. Qabıqlarını və tumlarını təmizləyib bir qaba düzün. Bir kasada zeytun yağı, duz və sirkəni qarışdırın. Sarımsağın qabıqlarını soyub xırda doğrayın və zeytun yağına qarışdırın. Bu qarışığı qırmızı bibərlərin üzərinə tökün. Təzə kəklikotu ilə bəzəyərək süfrəyə verə bilərsiz. Nuş olsun!