Yuxa-salati
Yuxa-salati
Soyuq Yeməklər

Baxış sayı: 114

Yuxa salatı

Tərkibi:

 3 ədəd Lavaş

Toyuq əti

1 ədəd yumurta 

1 ədəd kök 

Göy soğan

Holland pendiri

Mayonez, duz, istiot

Hazırlanması:

İlk öncə toyuq əti, yumurta və kökü suda qaynadırıq. Sonra 1 ədəd lavaş sərib, üzərinə mayonez çəkib, xırda doğranmış toyuq əti, duz və istiot əlavə edirik. Üzərinə 2-ci qat lavaş səririk və mayonez çəkib, sürtgəcdən keçirilmiş yumurta, duz, istiot tökürük. Üçüncü qat üçün eyni qayda ilə lavaş sərib, mayonez vurub, sürtgəcdən keçirilmiş holland pendiri və kök əlavə edirik.

*Qeyd. Zövqə görə kök əvəzinə xırda doğranmış göy soğan da tökmək olar. Nuş olsun!