Əvvəlcə kremi hazırlayaq. Şəkər tozu, süd, un və yumurta sarısını bir qazanın içinə töküb ocağın üzərinə qoyun. Orta odda dayanmadan qarışdıraraq qatılaşana qədər bişirin. Kremi soyumağa qoyun. Soyuyandan sonra içinə labne pendirini qatıb mikserlə çırpın.
Savoyardi peçeniyasını üçün isti su, qəhvə və şəkər tozunu bir qabda qarışdırın. Servis boşqabına bir qat Savoyardi peçeniyasını yerləşdirin. Qəhvə qarışımının yarısı ilə peçeniyanı isladın və üzərinə kremi yayın. Daha sonra şaftalı dilimlərini kremin üzərinə düzün.
Peçeniyanın digər qatını da qəhvə qarışımı ilə isladın və qalan kremi də tiramisunun üzərinə sürtün. Son olaraq kakaonu səpin. Soyuducuda 1-2 saat saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!