Bir qabda yumurta və şəkər tozunu mikserlə çırpın. Üzərinə günəbaxan yağı və dəmlədiyiniz çayı əlavə edib çırpmağa davam edin. Un, kakao, qabartma tozu və vanili ələyərək qarışığa əlavə edin. Taxta qaşıq və ya bir spatula köməyiylə ehtiyatla qarışdırın. Baton keks qəlibini yağlayın və çırpdığınız kütləni qəlibə yayın. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən keksi sobadan götürüb soyudun. Soyuyan keksin üzərinə şokoladlı qonaj yaxa bilərsiniz. Nuş olsun!