Qabda otaq temperaturunda kərə yağının üzərinə kəlikotu yarpağı, doğranmış cəfəri, sürtgəcdə keçirilmiş 2 ədəd portağal qabığı, 4 diş əzilmiş sarımsaq və duz, istiot əlavə edib qarışdırın. Hinduşka döşünün dərisi və əti arasında ciblər yaratmaq üçün barmaqlarınınzdan istifadə edin. Kərə yağından götürüb ciblərə doldurun. Qalan ədviyyatlı kərə yağını hinduşkanın üzərinə yaxın. Hinduşkanın içərisinə bir ədəd soğan, ikiyə bölünmüş portağal və cəfəri saplağını yerləşdirin. Nuş olsun!