Baton çörəklərini kublar şəklində doğrayın və 190 dərəcə qızdırılmış sobada qızılı rəng alana qədər bişirin.Toyuğun döş ətini duz və istiotla ovuşdurun və hər iki tərəfi isti yağda qızardın. Bişmiş toyuqları incə-incə doğrayın. Daha sonra kahını əllərinizlə böyük parçalara ayırın və toyuq dilimlərini kahının üzərinə düzün. Çerri pomidorları da ortadan bölüb üzərinə əlavə edin. İndi isə keçək sousun hazırlanmasına.
Kiçik bir qabda mayonez, zeytun yağı, rəndələnmiş sarımsaq, xardal, duz və istiotu qarışdırın. Hazırladığınız sousu salatın üzərinə səpin. Ən sonda üzərinə sobada qızardılmış çörəyi qoyun və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.
Nuş olsun!