Qarabasaq-kotleti
Qarabasaq-kotleti
İsti Yeməklər

Baxış sayı: 927

Qarabaşaq kotleti

Tərkibi:

Tərkibi:

1 st. bişmiş qarabaşaq
2-3 yumurta
100 q pendir
1 baş soğan
50 q kərə yağı
Duz
İstiot

Hazırlanması:

Soğanı xırda doğrayıb kərə yağında qovurun. Pendiri sürtgəcdən keçirin. Bişmiş qarabaşağı, soğanı, pendiri qarışdırın. Yumurta, duz, istiot əlavə edərək yaxşıca yoğurun. Daha sonra qarışıqdan parçalar qoparıb əlinizdə sıxaraq şəkil verin. Ən sonda kotleti una batırıb hər iki üzünü yağda qızardın. Budur, qarabaşaq kotletimiz hazırdır.

Nuş olsun!