Karamelli-sokolad
Karamelli-sokolad
Desertlər

Baxış sayı: 157

Karamelli şokolad

Tərkibi:

125 q kərə yağı

2 fincan şəkər tozu

1 x.q. limon suyu

150 q rəndələnmiş tünd şokolad

50 q qovrulmuş badam

Hazırlanması:

Qovrulmuş badam ləpəsini iri şəkildə doğrayın. Karameli hazırlamaq üçün kərə yağı, su, şəkər tozu və limon suyunu bir tavaya tökün. Təxmini 10 dəqiqə karamel rəngi yaranana qədər qarışdıraraq bişirin. Yağlı kağız üzərinə hazırlanan karameli yayın. Şokoladı kiçik parçalara bölün və karamelə əlavə edərək qarışdırın. Daha sonra isə badam ləpəsini karamelli şokolada əlavə edin. Dayaz bir qaba yağlı kağızı yerləşdirib soyuducuda 45 dəqiqə saxlayın. Hazır hala gələn xüsusi karamelli şokoladı hissələrə ayıraraq servis edə bilərsiniz. Nuş olsun!