Cinnabon-resepti
Cinnabon-resepti
Desertlər

Baxış sayı: 31

Cinnabon resepti

Tərkibi:

Xəmir üçün:

250 ml süd

1 ç.q. maya

100 q şəkər tozu

2 yumurta

70 q kərə yağı

1 ç.q. duz

700 q un

İçlik:

50 q kərə yağı

150 q qəhvəyi şəkər

3 ç.q. darçın

Krem üçün:

100 q Labne pendiri

100 q kərə yağı

100 q şəkər kirşanı

Hazırlanması:

İlıq südün üzərinə bir az şəkər tozu və maya əlavə edin, maya köpüklənənə qədər 10-15 dəqiqə gözləyin. Qarışığa yumurta və kərə yağı əlavə edin. Unu ələkdən keçirib duz ilə birlikdə bura əlavə edin və yoğurun. Xəmirin üzərini örtün və təxminən 1-1.5 saat isti yerdə ağzı bağlı şəkildə mayalandırın. İçlik üçün darçın, qəhvəyi şəkər tozu və yumşaldılmış kərə yağını qarışdırın.

Xəmiri 2 kündəyə ayrın və düzbucaqlı formada yayın. Hər tərəfinə darçınlı içlik çəkin. Rulet kimi bükün və 4-6 sm enlikdə kəsin. Soba qabına kalka kağızı sərib bulkaları aralarında bir qədər məsafə olmaqla düzün . Üzəri örtülüb 20-30 dəq isti yerdə saxlayın. Mayalanmış xəmiri 180-190 dərəcəli sobada 30 dəqiqə qızılı rəng alana qədər bişirin.

Üzərinin kremi üçün yumşaq kərə yağı, labne pendiri və şəkər kirşanı mikser ilə qarışdırın. Bulkalar bir az soyuduqdan sonra üzərinə krem çəkə bilərsiniz.

Nuş olsun!