Abdolbari Gözəl tərəfindən təsis edilən “Azərsun Holdinq” 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb.
Qeyri-qida sahəsində “Azərsun Holdinq”in təmsil olunduğu əsas sahələrdən biri də kağız, karton və tənəkə qutu istehsal sənayesidir. İlk fəaliyyəti olaraq 1997-ci ildə illik istehsal gücü 2 mln qutu olan kağız istehsalı müəssisəsi hazırda hər növ kağız dəsmalı, tualet kağızı, qutu və mətbəx dəsmalları, nəm salfetlər istehsal edir.
Qeyri-qida sahəsində növəti addıma keçid 18 mart 2021 ci il tarixində təmizlik fabrikinin bünövrəsinin qoyulması ilə oldu. Sumqayıt şəhərində yerləşən fabrikimizdə ilk istehsalımız 30 oktyabr 2022-ci il tarixində olmuşdur.
Yerli istehsalı dəstəkləyən şirkətimiz ən yüksək keyfiyyətdə yerli təmizlik məhsullarının istehsalına müasir texnalogiyalarla start verdi. Təmizlik məhsulları içərisində yüksək rəğbətlə qarşılanan məhsullardan biri də “Crystalex” qabyuyan maye oldu.
Azərbaycanda bir ilk olaraq “Crystalex” qabyuyan maye məhsulları oksi-karbon texnologiyası ilə istehsal olunmuşdur. Oksi-karbon texnologiyası məhsulumuzu rəqib məhsullarından fərqləndirən başlıca amillərdən biridir. Bu texnologiya sayəsində “Crystalex” məhsullarının 8 təsir gücü var və istehlakçı gözləntilərini üstələmək üçün hazırlanmışdır.
“Crystalex” qabyuyan mayenin limon, qreypfrut, üzüm, nar, yaşıl alma və duşes armudu çeşidləri mövcuddur. “Crystalex” oksi-karbon sayəsində qurumuş yağ ləkələrini asanlıqla təmizləyir, stəkanlardan təmizlənməsi çətin çay ləkələrini çıxardır, bol köpüklənir, əlləri qurutmur, rahat durulanır və qablara ekstra parlaqlıq bəxş edir. Məhz “Crystalex” qabyuyan mayenin güclü formulu sayəsində onu başqa məhsullarla qarışdırmadan qablar daha tez təmizlənir və siz vaxta qənaət edirsiniz.