Sokoladli-keks
Sokoladli-keks
Desertlər

Baxış sayı: 106

Şokoladlı keks

Tərkibi:

2 ədəd yumurta  

1 stəkan şəkər tozu  

1 stəkandan iki barmaq az günəbaxan yağı  

1 stəkandan iki barmaq az dəmlənmiş çay 

1 stəkandan iki barmaq az un 

¼ stəkan kakao  

1 paket qabartma tozu  

1 paket vanil  

Hazırlanması:

Bir qabda yumurta və şəkər tozunu mikserlə çırpın. Üzərinə günəbaxan yağı və dəmlədiyiniz çayı əlavə edib çırpmağa davam edin. Un, kakao, qabartma tozu və vanili ələyərək qarışığa əlavə edin. Taxta qaşıq və ya bir spatula köməyiylə ehtiyatla qarışdırın. Baton keks qəlibini yağlayın və çırpdığınız kütləni qəlibə yayın. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən keksi sobadan götürüb soyudun. Soyuyan keksin üzərinə şokoladlı qonaj yaxa bilərsiniz. Nuş olsun!