Pankek
Pankek
Desertlər

Baxış sayı: 140

Pankek

Tərkibi:

2 yumurta

3 xörək qaşığı şəkər tozu

1 çimdik duz

2 stəkan süd

2 stəkan un

1/4 stəkan duru yağ

1 çay qaşığı qabartma tozu

Hazırlanması:

Yumurtaları qırırıq, şəkər, duz və vanil əlavə edirik. Mikserlə köpüklənənə qədər çalırıq. Südü və zeytun yağını töküb qarışdırırıq. Unu ələyirik və bir çay qaşığı soda əlavə edirik. Yenidən qarışdırırıq, ancaq bunu tez etməyə çalışırıq, çünki uzun çəksə, pankeyklər yumşaq deyil, "rezin kimi" olacaqlar. Quru, yağlanmamış tavada hər iki tərəfini qızardırıq. Tökülən xəmirin üstündə kiçik qabarcıqlar yarandıqda, bu o deməkdir ki, artıq digər üzünü çevirib, qızartmaq lazımdır. Əks tərəfi də qızarana qədər bişiririk və budur, pankeyklər hazırdır! Zövqə görə banan, kivi, çiyələk, şokolad, bal ilə servis edə bilərsiniz!

Nuş olsun!