Ciyelekli-magnolia-deserti
Ciyelekli-magnolia-deserti
Desertlər

Baxış sayı: 143

Çiyələkli magnolia deserti

Tərkibi:

1 lt süd

4 yemək qaşığı un

100 ml qaymaq

3/4 stəkan şəkər tozu

1 paket vanil

1 ədəd yumurta

1 paket peçenye

200 ml qovrulmuş fındıq ləpəsi

Çiyələk

Hazırlanması:

Magnolia desertinin muhallebisini hazırlamaq üçün balaca bir qazana süd, şəkər tozu, qaymaq, un, yumurta əlavə edib qarışdıraraq bişirin. Bişdikdən sonra tərkibinə vanil əlavə edib, soyumağa qoyun. Başqa bir qaba peçenye və fındığı əlavə edib blender ilə ovun. Hazır olan qarışımı servis edəcəyiniz qabların ən altına sıx şəkildə əlavə edib, üzərinə muhallebi tökün. Qabın kənar hissələrinə yapışdıraraq çiyələk dilimlərini sıra ilə düzün. Bu addımları iki dəfə təkrar edin və ən son üzərini çiyələk ilə bəzəyib servis edə bilərsiniz. Nuş olsun!